sa sa 5902
5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür Okt 05, 2025 | 14:00 / Tədbirlər

Hər il oktyabrın 5-də Beynəlxalq Müəllimlər Günü qeyd olunur. Bu gün müəllimlərin əməyinə və fədakarlığına hörmət əlaməti olaraq dünya üzrə müxtəlif tədbirlər keçirilir. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları da bu ənənəni davam etdirərək hər il dünya şöhrətli alim, görkəmli ictimai-siyasi xadim, əməkdar elm xadimi, akademik Cəlal Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər. Bu ziyarət zamanı Cəlal Əliyev məktəbinin davamçıları müəllimlərinin əziz xatirəsini yad edir, məzarı önünə gül dəstəsi qoyur və onun elmə, təhsilə və cəmiyyətə verdiyi töhfələri dərin minnətdarlıqla xatırlayırlar. Akademik Cəlal Əliyevin zəhməti və müəllim kimi fədakarlığı heç zaman unudulmayacaq.