sa sa 1687
B.ü.f.d., dosent Ülkər İbrahimova Latviyada keçirilən elmi konfransda iştirak edib + Foto Okt 09, 2025 | 11:39 / Konfranslar, iclaslar

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar Institutunun Xloroplastların fotokimyası laboratoriyasını aparıcı elmi işçisi, b.ü.f.d., dosent Ülkər İbrahimova 11-12 sentyabr tarixlərində Latviyanın Yurmala şəhərində keçirilən “Avropa Yaşıl Sövdələşməsinin strateji məqsədlərinə yönəlmiş məsafədən zondlama tətbiqləri” mövzusunda keçirilən “PANGEOS Cost Action 2025” konfransında iştirak edib. Konfrans fənlərarası müzakirələrdə iştirak etmək, peşəkar əlaqələri genişləndirmək və bu sahədə biliklərin inkişafına töhfə vermək üçün geniş imkanlar yaradıb. Ülkər İbrahimovanın “Buğdanın fenotipləşməsi və davamlılığının molekulyar əsasları: morfofizioloji, biokimyəvi və genetik aspektlər” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzəçi verilən sualları cavablandırıb.