Oktyabrın 30-da Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı və Heyvanlar Aləmi Komitəsinin Botanika və Fitointroduksiya İnstitutunyn əməkdaşları, biologiya üzrə elmlər doktorları Esjanova Aynur və Masalova Vеlta AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu ziyarət ediblər. Qonaqlar MBBİ-nin laboratoriyalarının maddi-texniki bazası və aparılan elmi-tədqiqat işləri ilə tanış olublar. Görüş zamanı İnstitutlar arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib.