sa sa 521
DNT-nin strukturunu kəşf edən Nobel mükafatı laureatı Ceyms Uotson vəfat edib Noy 10, 2025 | 18:00 / Maraqlı məlumatlar

DNT-nin quruluşunu kəşf edən fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, amerikalı alim Ceyms Uotson 97 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Uotsonun oğlunun sözlərinə görə, alim qısamüddətli xəstəlikdən sonra Nyu-Yorkda dünyasını dəyişib.

Qeyd edək ki, Ceyms Uotson 1953-cü ildə britaniyalı biofizik Frensis Kriklə birlikdə DNT molekulunun quruluşunu təsvir edib. Bu kəşf molekulyar biologiya və molekulyar genetikanın, eləcə də müasir tibb və biotexnologiyanın inkişafına yol açıb.