sa sa 2709
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür Dek 24, 2025 | 15:00 / Mühüm hadisələr

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Dövlətimizin başçısının müdrik, uzaqgörən və qətiyyətli rəhbərliyi altında Azərbaycan müasir tarixinin ən şanlı və taleyüklü mərhələlərini yaşamışdır. Onun həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində ölkəmiz dinamik inkişaf yoluna qədəm qoymuş, iqtisadi potensialı möhkəmlənmiş, beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası xalqımızın milli iradəsinin və dövlətçilik əzminin parlaq təcəssümü olmuşdur. Bu tarixi nailiyyətlər ölkəmizin gələcək inkişafına inamı daha da gücləndirmiş, Azərbaycanı regionun güclü və etibarlı liderinə çevirmişdir. Cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə fəaliyyətində yeni uğurlar arzulayırıq.