Əfsanəyə dönmüş alim ömrü
Dek 24, 2025 | 19:00 / Nəşrlər
AR ETN “Molekulyar Biologiya Institutu” PHŞ-in direktoru v.i.e. akademik İradə Hüseynovanın “Əfsanəyə dönmüş alim ömrü” adlı məqaləsi Azərbaycan qəzetində nəşr olunub. Məqalədə görkəmli alim və ictimai xadim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə onun həyat yolu, elmi yaradıcılığı və Azərbaycan elminin inkişafındakı müstəsna rolu geniş şəkildə işıqlandırılır. Alimin neft-kimya elminin formalaşmasında, strateji əhəmiyyətli elmi kəşflərdə və müharibə illərində ölkənin müdafiə potensialının gücləndirilməsindəki xidmətləri xüsusi vurğulanır. Eyni zamanda Yusif Məmmədəliyevin elmi təşkilatçılıq fəaliyyəti, elmi məktəb yaratması, kadr hazırlığı və milli mədəni irsin qorunmasına verdiyi töhfələr diqqətə çatdırılır. Məqalə onun zəngin elmi irsinin bu gün də aktual olduğunu və Azərbaycan elmi üçün dəyərli bir istiqamətverici mənbə kimi yaşadığını nümayiş etdirir.