Bu gün Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin doğum günüdür
Dek 30, 2025 | 16:00 / Mühüm hadisələr
Bu gün Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin 43 yaşı tamam olur.
Emin Əmrullayev ölkədə elm və təhsil sahəsində aparılan islahatların həyata keçirilməsində, innovativ yanaşmaların tətbiqində, eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Onun rəhbərliyi ilə elm və təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, rəqəmsallaşma və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır.
Bu əlamətdar gün münasibətilə Molekulyar Biologiya İnstitutunun kollektivi adından Emin Əmrullayevi səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, məsul və şərəfli fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulayırıq.