Akademik Cəlal Əliyevin xatirəsi anılıb
Dek 31, 2025 | 18:00 / Mühüm hadisələr
Dekabrın 31-də — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində Molekulyar Biologiya Institutunun direktoru v.i.e. akademik İradə Hüseynova görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin I Fəxri Xiyabandakı məzarını ziyarət edib. Akademik Cəlal Əliyevin zəngin elmi irsi və ictimai fəaliyyəti Azərbaycan elminin inkişafında mühüm rol oynayıb və bu irs bu gün də böyük hörmətlə xatırlanır. Ziyarət zamanı Cəlal Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, ruhuna dualar oxunub, abidəsi önünə gül dəstələri qoyulub.