sa sa 1891
İnstitutun əməkdaşlarının məqaləsi nüfuzlu Acta Crystallographica jurnalında çap olunub + Foto May 06, 2019 | 15:10 / Mühüm hadisələr

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq Hesablama struktur biologiyası laboratoriyasının elmi işçisi Rəfiqə Məsməliyeva və laboratoriyanın müdiri professor Qərib Mürşüdovun həmmüəllif olduqları “Makromolekulyar B kəmiyyətlərinin analiz və validasiyası” adlı məqalə Beynəlxalq Kristalloqrafiya Cəmiyyətinin nüfuzlu “Acta Crystallographica Section D” jurnalında nəşr edilmişdir. Jurnalın impakt faktoru 3.099-dur. Tədqiqatlar professor Qərib Mürşüdovun rəhbərliyi altında Azərbaycanda aparılmış, Max likelihood (MLE) və optimalalşdırma metodlarınını tətbiqi ilə B faktorunun paylanmasının riyazi modeli qurulmuş və bunun əsasında makromolekulyar quruluşların yoxlanılması üçün yeni metod təklif olunmuşdur.

Məqalə/pdf