Molekulyar biologiya İnstitutunun aparıcı elmi işçisi Samirə Rüstəmova İTV-də “Sabahın xeyir, Azərbaycan” verilişinin qonağı olub ,Video
Fev 12, 2026 | 21:18 / Mühüm hadisələr
AR ETN Molekulyar Biologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova İctimai Televiziyanın “Sabahın xeyir, Azərbaycan” verilişinin qonağı olub. 11 Fevral – Qızlar və Qadınlar Elmdə Beynəlxalq Günü münasibətilə yayımlanan proqramda Samirə Rüstəmova qadınların elm sahəsində rolu, elmi fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədqiqatlar və gənc qızların elmə marağının artırılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.