sa sa 190
Biologiya üzrə fəlsəfə doktoru Taliyyə Orucovanın “C4 və CAM bitkilərdə fotosintez fəaliyyətinin tənzimlənməsi" mövzusunda monoqrafiyası nəşr olunub Fev 20, 2026 | 11:00 / Nəşrlər

AR ETN Molekulyar Biologiya İnstitutunun Enzimologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Taliyyə Orucovanın “C4 və CAM bitkilərdə fotosintez fəaliyyətinin tənzimlənməsi" mövzusunda monoqrafiyası çap olunaraq elmi ictimaiyyətin istifadəsinə verilmişdir. Monoqrafiyada C4 və CAM bitkilərdə fotosintetik proseslərin biokimyəvi əsasları, fermentlərin rolu, stres faktorlarına adaptasiya mexanizmləri və s. ilə bağlı aparılmış elmi tədqiqatların nəticələri sistemli şəkildə təqdim edilmiş, mövzu üzrə müasir elmi yanaşmalar və eksperimental nəticələr geniş şəkildə təhlil olunmuşdur.

Monoqrafiya ali təhsil müəssisələrində təhsil alan tələbələr, tədqiqatçılar, həmçinin biologiya, biokimya, molekulyar biologiya, aqrar sahədə çalışan mütəxəssislər tərəfindən istifadə oluna bilər.