sa sa 1924
Əsas Qrant Müsabiqəsi- 2026 Fev 26, 2026 | 23:01 / Mühüm hadisələr

“Əsas Qrant Müsabiqəsi – 2026” aparıcı alimlərin rəhbərliyi ilə həyata keçirilən elmi-tədqiqat layihələrinin dəstəklənməsinə yönəlmiş genişmiqyaslı qrant proqramıdır. Müsabiqə fundamental və tətbiqi xarakterli elmi tədqiqatların maliyyələşdirilməsi yolu ilə ölkədə elmi potensialın gücləndirilməsini, innovativ ideyaların inkişafını və beynəlxalq rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir. Proqram çərçivəsində həm perspektivli gənc alimlər, həm də öz sahəsində yüksək elmi nüfuza malik aparıcı tədqiqatçılar iştirak edə bilərlər. Məqsəd – elmi liderlik, multidissiplinar əməkdaşlıq və yüksək təsir gücünə malik nəticələrin əldə olunmasını təşviq etməkdir. Qeyd olunanlara istinad edərək, Azərbaycan Elm Fondu 2026-cı ildə «Əsas Qrant Müsabiqəsi- 2026» (AEF-MGC-2026-1(60)) proqramını elan edir.