sa sa 1796
8 Mart – Beynəlxalq Qadınlar Günüdür Mart 06, 2026 | 10:00 / Mühüm hadisələr

Hər il martın 8-i dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün qadınların cəmiyyətin siyasi, iqtisadi, elmi və mədəni həyatında oynadığı mühüm rolu vurğulamaq, onların hüquq və azadlıqlarının müdafiəsini diqqət mərkəzində saxlamaq məqsədi daşıyır. Beynəlxalq Qadınlar Gününün əsası XX əsrin əvvəllərində qadınların əmək hüquqları və bərabərlik uğrunda apardıqları mübarizədən qaynaqlanır. Zaman keçdikcə bu tarix dünyada qadınların nailiyyətlərinin qeyd olunduğu və onların cəmiyyətin inkişafına verdiyi töhfələrin dəyərləndirildiyi əlamətdar günə çevrilmişdir. Azərbaycan qadınları da ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında fəal iştirak edir, dövlətimizin inkişafına mühüm töhfələr verirlər. Bu gün Azərbaycan qadınları müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, ölkənin elmi və intellektual potensialının güclənməsində əhəmiyyətli rol oynayırlar.

8 Mart münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.