Ramazan bayramınız mübarək!
Mart 20, 2026 | 14:00 / Mühüm hadisələr
Ramazan bayramı müsəlman dünyasının ən müqəddəs və əziz bayramlarından biridir. Bu bayram Ramazan ayının başa çatması münasibətilə qeyd olunur və mənəvi saflığın, mərhəmətin, xeyirxahlığın və həmrəyliyin rəmzi hesab edilir. Ramazan ayı boyunca insanlar oruc tutur, ehtiyacı olanlara yardım edir, səbir və təmkin nümayiş etdirərək mənəvi dəyərlərə daha sıx bağlanırlar. Ramazan bayramı cəmiyyətdə birlik, qarşılıqlı hörmət və paylaşma ənənələrini gücləndirir, insanlar arasında sevgi və dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verir.
Bu əziz bayram münasibətilə bütün həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, evlərinizə ruzi-bərəkət və firavanlıq arzulayırıq. Uca Allah tutulan orucları, edilən duaları və bütün xeyirxah əməlləri qəbul etsin!