sa sa 1508
Milli birlik və həmrəyliyin rəmzi – Novruz Mart 21, 2026 | 09:00 / Mühüm hadisələr

Novruz bayramı xalqımızın ən qədim və zəngin ənənələrə malik bayramlarından biri olmaqla, təbiətin oyanışını, həyatın yenilənməsini və baharın gəlişini simvolizə edir. Bu bayram əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadaraq nəsildən-nəslə ötürülmüşdür. Novruz günlərində evlərdə səməni yetişdirilir, bayram süfrələri açılır, insanlar bir-birinə qonaq gedir, küsülülər barışır, xeyirxahlıq və paylaşma ənənələri daha da güclənir. Bu əziz bayram birlik, həmrəylik və dostluq kimi ali dəyərlərin təntənəsidir.

Bu gözəl bayram münasibətilə bütün həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət və həyatınıza uğurlar arzulayırıq. Qoy baharın gəlişi hər evə sevinc, hər ürəyə ümid gətirsin!