sa sa 171
Molekulyar Biologiya İnstitutunun əməkdaşı Aqil Əhmədlinin dissertasiya işi Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilib Apr 01, 2026 | 15:00 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya İnstitutunun Torpaq və Su Mikrobiologiyası laboratoriyasının elmi işçisi  Aqil Əhmədlinin "Neftlə çirklənmiş torpaqlarda yayılan mikromisetlərdə lipolitik fermentlərin sintezinin fizioloji tənzimlənməsi" mövzusunda dissertasiya işi Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilib və Aqil Əhmədli 2414.01- Mikrobiologiya ixtisasında biologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb.

Molekulyar Biologiya İnstitutunun kollektivi adından gənc alimi təbrik edir və ona daha böyük uğurlar arzulayırıq.