sa sa 605
Molekulyar Biologiya İnstitutunun əməkdaşı Əsmər Məmmədovanın dissertasiya işi Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilib Apr 06, 2026 | 12:00 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya İnstitutunun Mikologiya, fitopatogen və mikroorqanizmlər laboratoriyasının böyük elmi işçisi Əsmər Məmmədovanın “Azərbaycanda yayılan Penicillium Link və Arthrobotrys Corda cinslərinə aid göbələklərin toksigen növlərinin ekobioloji xüsusiyyətləri” mövzusunda dissertasiya işi Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir. Qərara əsasən, Əsmər Məmmədovaya 2430.01 – Mikologiya ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Molekulyar Biologiya İnstitutunun kollektivi adından Əsmər xanımı səmimi qəlbdən təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.