“Hədəf 130/80” adlı hipertenziya ilə mübarizə layihəsi çərçivəsində Molekulyar Biologiya İnstitutunun əməkdaşlarının kardioloji müayinəsi həyata keçirilib + Foto
Apr 30, 2026 | 15:00 / Tədbirlər
Aprelin 30-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları AR ETN Molekulyar Biologiya İnstitutunda olublar. Mərkəzin həkimləri tərəfindən institutun əməkdaşlarının kardiololi müayinəsi aparılıb. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Kardiologiya Cəmiyyəti və "Servye Azərbaycan" şirkətinin təşkilatçılığı ilə həyata keçirilən “Hədəf 130/80” adlı hipertenziya ilə mübarizə layihəsi çərçivəsində baş tutub.