sa sa 125
Molekulyar Biologiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanı keçirilib + Foto May 06, 2026 | 15:37 / İmtahanlar

AR ETN Molekulyar Biologiya İnstitutunda 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların yaz imtahan sessiyası başlayıb. İmtahanlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 2.11-ci bəndinə uyğun olaraq təşkil edilib. Mayın 5-də institutun 2422.01-“Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” ixtisası üzrə sabiq dissertantı Məryəm Fikrət qızı Qafarzadə imtahanda iştirak edib. İmtahan uğurla başa çatıb.