Molekulyar Biologiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanları davam edir + Foto
May 06, 2026 | 15:46 / İmtahanlar
Mayın 6-da AR ETN Molekulyar Biologiya İnstitutunda 2026-cı il yaz imtahan sessiyasının növbəti imtahanları keçirilib. İnstitutun Fotobioenergetika və yaşıl enerji laboratoriyasının elmi işçisi, 2406.01-Biofizika ixtisası üzrə sabiq dissertantı Könül Tofiq qızı Cümşüdlü, 2415.01 Molekulyar biologiya ixtisası üzrə sabiq dissertantı İlhamə Əhməd qızı Cəfərli və Mikrobioloji biotexnologiya laboratoriyasının elmi işçisi, 2414.01 Mikrobiologiya ixtisası üzrə doktorantı Rəfiqə Zahid qızı Nağıyeva imtahanlarda yüksək nəticələr göstəriblər.