Molekulyar Biologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Fəzilə Qasımova vəfat edib
May 13, 2026 | 01:50 / Mühüm hadisələr
AR ETN Molekulyar Biologiya İnstitutunun kollektivinə ağır itki üz verib. İnstitutun Qadınlar Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Fəzilə İmtu qızı Qasımova mayın 13-də uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Fəzilə xanım uzun illər ərzində elmi fəaliyyəti, yüksək insani keyfiyyətləri və kollektivdə qazandığı hörmətlə yadda qalıb. Onun əziz xatirəsi həmkarlarının və onu tanıyanların qəlbində daim yaşayacaq. Mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
Allah rəhmət eləsin.