Molekulyar Biologiya İnstitutunun əməkdaşı Turanə İsgəndərovanın dissertasiya işi Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilib + Foto
May 18, 2026 | 14:00 / Mühüm hadisələr
AR ETN Molekulyar Biologiya İnstitutunun Bioadaptasiya laboratoriyasının elmi işçisi Turanə İsgəndərovanın "Flaq yarpağin təbii və quraqlıqla induksiya olunan qocalması zamani buğdada antioksidant sistemin, ultrastruktur xüsusiyyətlərin və bəzi genlərin ekspressiyasinin tədqiqi” mövzusunda dissertasiya işi Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilib və Turanə İsgəndərova 2415.01- Molekuolyar Biologiya ixtisasında biologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb.
Molekulyar Biologiya İnstitutunun kollektivi adından Turanə xanımı təbrik edir və ona elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq.