sa sa 70
Bu gün Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilir May 27, 2026 | 00:21 / Mühüm hadisələr

Qurban bayramı müsəlman aləmində ən müqəddəs və əlamətdar dini bayramlardan biri hesab olunur. Bu bayramın əsas mahiyyəti Uca Allaha sədaqət, mənəvi saflıq, mərhəmət və fədakarlıq kimi ali dəyərlərin təbliğidir. Bayram insanlar arasında birlik, həmrəylik, yardımlaşma və paylaşma ənənələrini gücləndirir, ehtiyacı olan insanlara diqqət və qayğının göstərilməsini təşviq edir. Bu müqəddəs günlərdə kəsilən qurbanların paylanması cəmiyyətdə humanizm, xeyirxahlıq və sosial həmrəylik dəyərlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Qurban bayramı münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edir, hər bir ailəyə sağlamlıq, ruzi-bərəkət, sevinc və əmin-amanlıq arzulayırıq. Qurban bayramınız mübarək!