sa sa 95
Molekulyar Biologiya İnstitutunun əməkdaşları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar + Foto İyn 09, 2026 | 14:43 / Ezamiyyətlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun Xloroplastların molekulyar funksional təşkili və məhsuldarlıq prosesləri laboratoriyasının əməkdaşları AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya üzrə fəlsəfə doktorları Ülkər İbrahimova, Mayaxanım Xanışova və elmi işçi Könül Tağıyeva Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında əkilmiş yeddinci nəsil buğda hibridlərinin inkişafını qiymətləndirmək üçün elmi ezamiyyətdə olublar. Ezamiyyə zamanı bitkilərin xəstəliklərə görə qiymətləndiriməsi prosesi, fenoloji müşahidələr aparılıb, analizlər üçün nümunələr götürülüb.