Populyasiya Genomiksi laboratoriyasının kiçik elmi işçisi Aygün Mustafazadə Anadolu Universitetində elmi ezamiyyətdə olub + Foto
İyn 23, 2026 | 14:00 / Ezamiyyətlər
AR ETN Molekulyar Biologiya İnstitutunun Populyasiya Genomiksi laboratoriyasının kiçik elmi işçisi Aygün Mustafazadə 11 aprel – 15 iyun 2026-ci il tarixlərində Türkiyə Respublikasının Eskişehir şəhərində yerləşən Anadolu Universitetində elmi ezamiyyətdə olub. Ezamiyyənin məqsədi A. Mustafazadənin dissertasiya işinin mövzusu olan “Leykemiya hüceyrə xətlərində kurkumin və bortezomib kombinasiyasının molekulyar təsir mexanizmlərinin araşdırılması” istiqamətində elmi-tədqiqat işlərinin aparılması olub. Ezamiyyət müddətində tədqiqatçı hüceyrə biologiyası, molekulyar genetika və analitik metodlar sahələrində nəzəri və praktiki biliklərini təkmilləşdirib, müasir laboratoriya metodlarının tətbiqi üzrə təcrübə qazanıb. Aparılan tədqiqatlar çərçivəsində əldə olunan nəticələr dissertasiya işinin tamamlanması üçün mühüm elmi baza formalaşdırıb və gələcək elmi nəşrlərin hazırlanmasına zəmin yaradıb.