sa sa 299
Molekulyar Biologiya İnstitutunun əməkdaşı Günay İsmayılovanın dissertasiya işi Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilib + Foto İyl 07, 2026 | 13:33 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya İnstitutunun Biotexnologiya və biomühəndislik laboratoriyasının elmi işçisi Günay İsmayılovanın “İn vitro şəraitində təcrid edilmiş buğda kulturasında epigenetik dəyişikliklərin öyrənilməsi” mövzusunda dissertasiya işi Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir. Qərara əsasən, Günay İsmayılovaya 2422.01 – “Biotexnologiya (o cümlədən bionanotexnologiyalar)” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Molekulyar Biologiya İnstitutunun kollektivi adından Günay xanımı əldə etdiyi bu nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.