Molekulyar Biologiya İnstitutunda elmi seminar keçirilib + Foto
İyl 15, 2026 | 15:52 / Seminarlar
İyulun 15-də AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda elmi seminar keçirilib.
Seminarda Şirvan şəhəri 16 saylı orta məktəbin XI sinif şagirdi Hüseyn Şirinov “Bakteriofaq əsaslı İmmunomodulyasiya və Hədəfənmiş Onkoterapiya” mövzusunda çıxış edib. O, bakteriofaqlar vasitəsilə xərçəng hüceyrələrinin hədəflənməsi və immun sisteminin xərçəngi tanımasından danışıb.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib. Sonda seminar iştirakçıları gənc tədqiqatçıya gələcək elmi fəaliyyətində uğurlar arzulayıblar.