Molekulyar Biologiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları başlayıb + Foto
Sen 08, 2026 | 13:51 / İmtahanlar
AR ETN Molekulyar Biologiya İnstitutunda 2026-cı il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanlarına başlayıb. İnstitutun direktoru v.i.e. akademik İradə Hüseynovanın 27 avqust 2026-cı il tarixli 673, 674, 675, 676 və 677 saylı əmrləri ilə hər bir ixtisas üzrə imtahan komissiyası təşkil olunub. Sentyabrın 8-də “Molekulyar Biologiya” ixtisası üzrə Günel Yusifova və “Biokimya” ixtisası üzrə Məhbubəxanim Həmidova imtahan veriblər. Namizədlərin cavabları imtahan komissiyaları tərəfindən yüksək qiymətləndirilib.