Molekulyar Biologiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları davam edir + Foto
Sen 09, 2026 | 14:26 / İmtahanlar
Sentyabrın 9-da AR ETN Molekulyar Biologiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya növbəti qəbul imtahanları keçirilib. “Biofizika” ixtisası üzrə Mirsaleh Vəliyev, “Mikrobiologiya” ixtisası üzrə Ayşən Əsgərli və Hicran Səmədli imtahan veriblər. Namizədlər imtahanda yüksək nəticələr göstəriblər.