Molekulyar Biologiya İnstitutunun əməkdaşı Taleh Yusifov Yuta Universitetində elmi tədqiqatlar aparıb
Sen 23, 2026 | 12:00 / Ezamiyyətlər
AR ETN Molekulyar Biologiya İnstitutunun Hüceyrə biokimyası və siqnalların ötürülməsi laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Taleh Yusifov 27 aprel – 27 iyul 2026-cı il tarixlərində ABŞ-ın Yuta Universitetində elmi ezamiyyətdə olub.
Alim insan BK kanallarının, xüsusilə mitoxondrial BK kanallarının oksigenin aktiv formalarının əmələ gəlməsində və redoks homeostazının qorunmasında rolunu araşdırıb. İnsan hüceyrələrində aparılan tədqiqatlar nəticəsində BK kanallarının sitoxrom C-yə bənzər fermentativ xüsusiyyətlərə malik olduğu, hidrogen peroksidin zərərsizləşdirilməsində iştirak etdiyi müəyyən edilib. Həmçinin BK kanallarının yüksək ekspressiyasının hüceyrələri H₂O₂-nin yaratdığı oksidləşdirici stress və hüceyrə ölümündən qoruya bildiyi göstərilib.
Əldə olunan nəticələr BK kanallarının hüceyrələrin oksidləşdirici stressdən qorunmasında yeni mexanizmlə iştirak edə biləcəyini və onların sitoprotektiv xüsusiyyətlərinin daha dərindən öyrənilməsi üçün perspektivlər açdığını göstərir.