Biologiya elmləri doktoru Atabəy Cahangirov yeni yüksək məhsuldar adaptiv taxıl sortlarının yaradılmasında fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif edilib + Foto
Sen 28, 2026 | 10:41 / Mühüm hadisələr
AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun əməkdaşı biologiya elmləri doktoru, dosent Atabəy Cahangirov AR Kənd Təssərrüfatı Nazirliyi və Aqrar Xidmətlər Agentliyi tərəfindən yeni taxıl sortlarının yaradılması ilə aqrar sahənin elmi əsaslarla inkişafına verdiyi töhfəyə görə Təşəkkürnamə ilə təltif edilib.
Mükafatı alimə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat” mövzusunda keçirilən konfransda kənd təsərrüfatı naziri Məcnun Məmmədov təqdim edib.
A.Cahangirov bu mükafata yeni yüksək məhsuldar adaptiv taxıl sortlarının yaradılmasında fəaliyyətinə görə layiq görülüb.