sa sa 71
Molekulyar Biologiya İnstitutunun əməkdaşları Fəzilə xanımın məzarını ziyarət ediblər + Foto Okt 01, 2026 | 16:00 / Mühüm hadisələr

Bu gün uzun illər AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (hazırda “Molekulyar Biologiya İnstitutu” PHŞ) səmərəli elmi fəaliyyət göstərmiş, institutun Qadınlar Şurasının sədri kimi ictimai işləri ilə də seçilmiş biologiya üzrə fəlsəfə doktoru, dosent Fazilə İmtu qızı Qasımovanın doğum günüdür.

Bu münasibətlə institutun rəhbərliyi və bir qrup əməkdaşı yüksək insani keyfiyyətləri, səmimiyyəti və kollektivdə qazandığı dərin hörmətlə bu gün də xatirələrdə yaşayan Fazilə xanımın məzarını ziyarət edərək qəbri üstünə gül dəstələri düzüblər.