sa sa 114
Molekulyar Biologiya İnstitutunun kollektivi Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarını ziyarət edib + Foto Okt 05, 2026 | 10:48 / Mühüm hadisələr

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e., akademik İradə Hüseynovanın rəhbərliyi ilə institutun kollektivi Fəxri Xiyabanda görkəmli şəxsiyyət və ictimai-siyasi xadim, böyük alim-pedaqoq, akademik Cəlal Əliyevin məzarını ziyarət edib, əziz xatiəsini böyük ehtiramla anıblar.

İnstitutun əməkdaşları mərhum akademikin məzarı önünə əklil və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Tələbələri müəllimləri akademik Cəlal Əliyevi böyük minnətdarlıqla xatırlayıb, alimin əziz xatirəsinin hər zaman onların qəlbində əbədi yaşayacağını bildiriblər.

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq!