sa sa 152
Biologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Xəlilovanın 70 yaşı tamam olub + Foto Okt 09, 2026 | 09:24 / Yubileylər

Əziz Xuraman xanım!

Molekulyar Biologiya İnstitutunun kollektivi adından 70 illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik! Sizin elmə açılan ilk yolunuzun məhz bizim kollektivdə – akademik Cəlal Əliyevin rəhbərlik etdiyi qrupda başlaması bizim üçün çox xoş xatirədir. Bu gün artıq bizimlə birgə çalışmasanız da, Sizi doğma kollektivimizin bir üzvü kimi sevir və hər zaman hörmətlə xatırlayırıq. Aradan keçən illər nə qədər çox olsa da, birgə fəaliyyətin, səmimi münasibətlərin və xoş xatirələrin dəyəri dəyişmir.

Əziz Xuraman xanım, 70 illik yubileyiniz münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür, könül rahatlığı və hər gününüzü gözəlləşdirən xoş anlar arzulayırıq. Qoy həyatınızın bundan sonrakı illəri sevgi, diqqət, hörmət və gözəl xatirələrlə zəngin olsun. Sizi ürəkdən təbrik edir, yubileyiniz münasibətilə ən xoş və səmimi arzularımızı çatdırırıq!

Molekulyar Biologiya İnstitutunun kollektivi