sa sa 54
Molekulyar Biologiya İnstitutunun əməkdaşları Lənkəran rayonunda elmi ekspedisiyada olublar + Foto Okt 19, 2026 | 19:38 / Ezamiyyətlər

AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun əməkdaşları AMEA-nın müxbir üzvü Pənah Muradovun rəhbərliyi ilə oktyabrın 7-dən on gün müddətinə Lənkəran rayonunda elmi ekspedisiyada olublar. On nəfərdən ibarət ekspedisiya üzvləri rayonun ərazisində yerləşən Hirkan Milli Parkının ərazisindəki meşələrdən, Xanbulan çayının suyundan, Şürük, Aşağı Nüvədi, Kənarmeşə, Seyidəkəran, Şilim, Velədi, Gərmtürk,  Gərmətürk, İstisu, Liman və s.  kənd və qəsəbələrindən  torpaq və bitki nümunələri götürüb və bəzi analizlər (pH, temperatur, nəmlik və s.) həyata keçiriblər. Eyni zamanda, AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Lənkəran regional mərkəzinin əməkdaşları ilə birlikdə rayon ərazisində yerləşən bəzi aqrosenozların fitosanirtar vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə nümunələr götürülüb və bəzi monitorinq xarakterli müşahidələr aparılması da təşkil edilib. Ekspedisiya müddətində tədqiq edilən ərazilərdə dünya praktikasında geniş istifadə edilən, bəzi ölkələrin “Qırmızı Kitabı”na daxil edilən   Ganoderma cinsinə aid G.lucidum, Armillaria mellea, Lentinus tigrinus və s. kimi  növlər aşkar edilib və onların təmiz kulturasının alınması üçün nümunə götürülüb.

Ekspedisiya zamanı götürülən növlər, o cümlədən su və torpaq nümunələri hazırda institutun müvafiq laboratoriyalarında analiz edilir.