sa sa 144
Gülnar Abdullayeva yüksək mükafata layiq görülüb + Foto Okt 22, 2026 | 13:45 / Mühüm hadisələr

Biologiya üzrə fəlsəfə doktoru Gülnar Abdullayeva yüksək mükafata layiq görülüb.

Bununla bağlı Oksford Universitetinin Pediatriya Departamentindən məktub daxil olub. Məktubda qeyd olunur: Builki Mükafatlandırma və Təşəkkür Proqramı çərçivəsində sizin namizədliyiniz mükafata təqdim olunub.

Departamentin qiymətləndirmə komissiyası adından (komissiya üzvləri məktubun surətinə daxil edilib) məmnuniyyətlə təsdiq edirəm ki, siz “Fəaliyyətə görə Təkrar Mükafat” almağa layiqsiniz.

Son bir il ərzində üzərinizə düşəndən daha artığını etdiyinizə görə sizi təbrik edir və səmimi qəlbdən təşəkkür edirəm. Departament sizin zəhmətinizi yüksək qiymətləndirir və ümid edirik ki, bu mükafat bunu ifadə edəcək.

 Hörmətlə,

Çarli