Molekulyar Biologiya Institutunun əməkdaşı “Qarabağ Hakatonu 2026” yarışmasının qalibi olub + Foto
Okt 22, 2026 | 14:04 / Mühüm hadisələr
AR ETN Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının böyük laborantı Süleyman Hacızadənin komanda rəhbəri olduğu “InvestArea” komandası “Qarabağ Hakatonu 2026” yarışmasında I yerə layiq görülüb. 14 ali təhsil müəssisəsindən 55 tələbənin iştirak etdiyi yarışmada Molekulyar Biologiya İnstitutu, Qərbi Kaspi Universiteti və Bakı Mühəndislik Universitetinin təmsilçilərini olduğu komanda qalib olaraq 4444 manat məbləğində mükafat qazanıb. Komandanın təqdim etdiyi “InvestArea” mövzusunda layihə Qarabağ və Şərqi Zəngəzur ərazilərində aqrar investisiyaların təşviqinə yönəlmiş, torpaq sahələrinin və aqroekoloji göstəricilərin rəqəmsal qiymətləndirilməsini nəzərdə tutan innovativ platforma prototipini əhatə edir.