sa sa 16
Molekulyar Biologiya İnstitutunun əməkdaşları biologiya elmləri doktoru Şahniyar Bayramovun məzarını ziyarət ediblər + Foto Okt 28, 2026 | 11:31 / Mühüm hadisələr

Elm və Təhsil Nazirliyinin “Molekulyar Biologiya İnstitutu” PHŞ-nin rəhbərliyi və bir qrup əməkdaşı biologiya elmləri doktoru, dosent Şahniyar Mikayıl oğlu Bayramovun ölümünün ildönümü ilə əlaqədar olaraq onun məzarını ziyarət ediblər. Ziyarət zamanı alimin məzarı üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiram və rəhmətlə yad olunub. Şahniyar Bayramovun ömür yolu xatırlanıb, onun uzun illər ərzində institutda apardığı elmi-tədqiqat işlərindən, əldə etdiyi nailiyyətlərdən və xidmətlərindən bəhs edilib. Vurğulanıb ki, alimin xatirəsi onu tanıyanların və həmkarlarının qəlbində daim yaşayacaqdır.