sa sa 108
Molekulyar Biologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib + Foto Okt 29, 2026 | 15:36 / Mühüm hadisələr

29 sentyabr 2026-cı il tarixində AR ETN Molekulyar Biologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Elmi şuranın sədri akademik İradə Hüseynova iclası açaraq gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış edib. İclasın gündəliyində institutun 2026-cı il üzrə elmi, elmi-pedaqoji və təşkilati fəaliyyəti ilə bağlı şöbə və laboratoriyaların illik hesabatlarının hazırlanması, kadr hazırlığı, beynəlxalq elmi əməkdaşlıq  və s. məsələlər yer alıb.  Sədr illik hesabatların hazırlanması ilə bağlı müvafiq göstərişlər verib, institut əməkdaşlarının məqalələrə görə mükafatlandırılması ilə bağlı sentyabr, oktyabr ayları üzrə nəticələri diqqətə çatdırıb. Kadr hazırlığı istiqamətində institutun 2424.01 – “Mikrobiologiya” ixtisasında 1-ci kurs doktorantı Hicran Səmədlinin əyani təhsil formasından qiyabiyə keçirilməsi ilə bağlı müraciəti, 2026/2027-ci tədris ilində institutun fəlsəfə doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunmuş doktorantların dissertasiya mövzularının müzakirəsi və elmi rəhbərlərinin təyin edilməsi, həmçinin Enzimologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Taliyyə Orucovanın dosent elmi adına namizədliyinin irəli sürülməsi məsələləri müzakirə olunub. Eyni zamanda institutun əməkdaşları Fidan Qüdrətovanın və Aytac Məmmədovanın 13 noyabr 2026-cı il tarixində Özbəkistan Respublikasının Daşkənd şəhərində keçiriləcək “Elm və İnnovasiya” adlı Gənc Alimlərin Beynəlxalq Konfransında iştirak etmək məqsədilə ezam olunması məsələlərinə baxılıb. Sonda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.