sa sa 50
Molekulyar Biologiya İnstitutunun 24 gənc tədqiqatçısı NASCO29 Respublika Elmi Konfransında iştirak edib + Foto Noy 02, 2026 | 18:21 / Konfranslar, iclaslar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı, Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə 30-31 oktyabr 2026-cı il tarixlərində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXIX Respublika Elmi Konfransı (NASCO29) keçirilib.

Ölkənin müxtəlif elm və təhsil müəssisələrindən doktorantları, dissertantları və gənc tədqiqatçıları bir araya gətirən konfrans elmi nəticələrin təqdimatı, aktual problemlərin müzakirəsi, təcrübə mübadiləsi və yeni akademik əməkdaşlıqların qurulması baxımından geniş platforma rolunu oynayıb.

Konfransda AR ETN Molekulyar Biologiya İnstitutu geniş nümayəndə heyəti ilə təmsil olunub. İnstitutun müxtəlif elmi istiqamətləri üzrə fəaliyyət göstərən 24 gənc tədqiqatçısı və əməkdaşı tədbirə hibrid formatda (əyani və onlayn) qoşularaq elmi sessiyalarda və müzakirələrdə fəal iştirak edib, apardıqları tədqiqatların nəticələrini məruzələr şəklində təqdim ediblər.

Qeyd edək ki, NASCO29-a ölkənin 123 elm və təhsil müəssisəsindən 1627 elmi iş təqdim olunub. Elmi və texniki komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçının müəllifi olduğu 1028 elmi iş qəbul edilib.

Molekulyar Biologiya İnstitutunun gənc tədqiqatçılarının bu miqyaslı elmi tədbirdə iştirakı institutda aparılan elmi araşdırmaların nəticələrinin daha geniş akademik auditoriyaya təqdim edilməsi, gənc elmi kadrların peşəkar inkişafının dəstəklənməsi və onların elmi fəaliyyətə təşviq olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, bu cür platformalarda iştirak elmi-tədqiqat və ali təhsil müəssisələri arasında elmi əlaqələrin genişləndirilməsinə, multidissiplinar əməkdaşlığın inkişafına və ölkənin elmi potensialının gücləndirilməsinə töhfə verir.