Biologiya üzrə fəlsəfə doktoru Vəfa Həsənova dosent elmi adına layiq görülüb
Noy 03, 2026 | 12:57 / Mühüm hadisələr
AR ETN Molekulyar Biologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Vəfa Yaşar qızı Həsənovaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23.10.2026-cı il tarixli qərarına əsasən 2430.01- “Mikologiya” ixtisasında dosent elmi adı verilmişdir.
Vəfa xanımı dosent elmi adı almağı münasibətilə təbrik edir, ona elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq.