Biologiya üzrə fəlsəfə doktoru Vüsalə İsayeva dosent elmi adına layiq görülüb
Noy 03, 2026 | 13:09 / Mühüm hadisələr
AR ETN Molekulyar Biologiya İnstitutu PHŞ-nin “Mikrobioloji biotexnologiya” laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Vüsalə Kamaləddin qızı İsayevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23.10.2026-cı il tarixli qərarına əsasən 2414.01- “Mikrobiologiya” ixtisasında dosent elmi adı verilmişdir.
Vüsalə xanımı dosent elmi adı alması münasibətilə ürəkdən təbrik edir, ona gələcək elmi fəaliyyətində yeni nailiyyətlər və daha böyük uğurlar arzulayırıq.