Molekulyar Biologiya İnstitutunun kollektivi Zəfər parkını ziyarət edib + Foto
Noy 06, 2026 | 12:38 / Tədbirlər
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun kollektivi Zəfər parkını ziyarət edib. Ziyarət zamanı Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə yad olunub. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindən biridir, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın göstərdiyi fədakarlıq heç zaman unudulmayacaq, onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. İnstitutun əməkdaşları Zəfər abidəsinin önünə gül dəstələri qoyaraq qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıblar.
Molekulyar Biologiya İnstitutunun kollektivi bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayır və Zəfər Gününün xalqımıza bəxş etdiyi qürur və iftixar hissini bölüşür.