sa sa 13
Molekulyar Biologiya Institutunda “Mikrobiologiya" ixtisası üzrə dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib + Foto Noy 11, 2026 | 15:24 / Mühüm hadisələr

Noyabrın 11-də AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunda Gaoussou Binatenin 2414.01- “Mikrobiologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Karbonilli birləşmələrin törəmələrinin antimikrob xassələrinin tədqiqi” mövzusunda dissertasiya işi elmi seminarda müzakirə olunub.

Dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru, professor Xudaverdi Qənbərov, rəyçilər bioogiya üzrə fəlsəfə doktorları Lalə Əliyeva və Vüsalə Xəlilzadədir.

Elmi seminarın sədri Azərbaycan Tibb Universitetinin professoru, biologiya elmləri doktoru Gülər Seyidova iclası açıq elan edib.

İddiaçı dissertasiya işinin əsas müddəalarını təqdim edib. O bildirib ki, tədqiqatın əsas məqsədi karbonilli birləşmələrin törəmələrinin nozokomial infeksiyalar törədən Candida cinsli maya göbələklərinə,qram-mənfi və qram-müsbət bakteriyalara qarşı antimikrob xasssələrinin öyrənilməsi olub. Müəyyən edilib ki, Candida cinsli maya göbələyi, dörd növ qram- mənfi və üç növ qram-müsbət bakteriya kulturaları tədqiq olunan siano, sikloheksan, furan, fosfat, benzol, dikarbonil və treftalat tərkibli birləşmələrə qarşı yüksək həssaslığa malikdirlər.

İddiaçının çıxışından sonra mövzu ətrafında müzakirələr aparılıb və Gaoussou Binate seminar iştirakçılarının suallarını cavablandırıb.

Səsvermənin nəticəsi əsasında Gaoussou Binatenin dissertasiya işinin əsas müdafiəyə buraxılması qərara alınıb.