sa sa 102
Əməkdaşımızın elmi dərəcəsi Azərbaycanda nostrifikasiya olunub Noy 12, 2026 | 11:40 / Mühüm hadisələr

AR ETN Molekulyar Biologiya İnstitutunun əməkdaşı Gülnar Rövşən qızı Abdullayevanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Oksford Universitetində (University of Oxford) “Onkologiya” ixtisası üzrə aldığı elmi dərəcə Azərbaycan Respublikasında nostrifikasiya olunub.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 1 sentyabr 2026-cı il tarixli qərarı ilə verilmiş FDTA № 00238 nömrəli şəhadətnaməyə əsasən, onun xaricdə aldığı fəlsəfə doktoru elmi dərəcəsi Azərbaycanda 3224.01 – Onkologiya ixtisası üzrə biologiya elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsinə ekvivalent hesab edilib.

İnstitutun kollektivi Gülnar Abdullayevanı bu münasibətlə təbrik edir, ona gələcək elmi fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayır!