sa sa 108
Molekulyar Biologiya İnstitutunda 2026-cı ilin elmi-tədqiqat işlərinin nəticələrinə dair hesabatların dinlənilməsi davam edir + Foto Noy 24, 2026 | 19:00 / Konfranslar, iclaslar

24 noyabr 2026-cı il tarixində AR ETN Molekulyar Biologiya İnstitutunda laboratoriyaların 2026-cı il üzrə elmi-tədqiqat fəaliyyətinin nəticələrinə həsr olunmuş illik hesabatların dinlənilməsi davam etdirilib.

İnstitutun Elmi Şurasının iclasında dörd laboratoriyanın rəhbəri il ərzində həyata keçirilmiş elmi-tədqiqat işlərinin əsas istiqamətləri, əldə olunan elmi nəticələr və aparılan araşdırmaların yekunları barədə ətraflı məlumat veriblər.

Belə ki, Molekulyar hüceyrə biokimyası və siqnalların ötürülməsi laboratoriyasının müdiri, biologiya elmləri doktoru Kərim Qasımov, Mikologiya və fitopatogen mikroorqanizmlər laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru İradə Babayeva, Biotexnologiya və biomühəndislik laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Mahirə Məmmədova, eləcə də Genomika, proteomika və bioinformatika laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Aynurə Paşayeva hesabat məruzələri ilə çıxış ediblər.

Məruzələrdə ayrı-ayrı elmi istiqamətlər üzrə aparılan tədqiqatların gedişi, il ərzində əldə edilmiş nəticələr və laboratoriyaların elmi fəaliyyətinin əsas yekunları təqdim olunub. Hesabatların müzakirəsi zamanı Elmi Şura üzvləri tərəfindən müvafiq suallar verilib, tədqiqatların nəticələri və elmi fəaliyyətin səmərəliliyi ətrafında fikir mübadiləsi aparılıb.

Dinləmələrin yekununda təqdim olunan illik hesabatlar Elmi Şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

İnstitutda elmi-tədqiqat işlərinin illik nəticələrinin müzakirəsi və qiymətləndirilməsi prosesi digər laboratoriyaların hesabatlarının dinlənilməsi ilə davam etdiriləcək.