sa sa 2171
Molekulyar Biologiya və Biotexnalogiyalar İnstitutunda AMEA-nın II kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib. + Foto İyn 04, 2019 | 15:53 / Mühüm hadisələr

04.06.2019-ci il tarixində AMEA Molekulyar Biologiya və Biotexnalogiyalar İnstitutunda AMEA-nın II kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, MBBİ-nin direktoru, akademik İradə Hüseynova, AMEA-nın akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev, Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova və aidiyyatı şəxslər iştirak ediblər. İclası MBBİ-nin Müdafiə Şurasının sədri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib. MBBİ-nin Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova çıxış edərək magistrantlar və onların dissertasiya mövzuları barədə məlumat verib. Müdafiədə “Molekulyar biologiya”, “Biotexnologiya”, “Biokimya” və ixtisaslaşmaları üzrə 8 magistrant öz dissertasiya işini müzakirəyə təqdim edib. Magistrantlardan 5 nəfər MBBİ-də, 2 nəfər Fiziologiya İnstitutunda və 1 nəfər isə Zoologiya İnstitutunda təhsil almışlar.

AMEA Molekulyar Biologiya və Biotexnalogiyalar İnstitutunda “ Molekulyar biologiya” ixtisasi üzrə Əlibəyova Gülmirə və Mehdibəyli Leyla, “Biokimya” ixtisası üzrə Həsənova Aysu-Şövkət və Əliyeva Reyhan, “Biotexnologiya” ixtisası üzrə Əlisoy Fidan, Fiziologiya İnstitutundan “Biokimya” ixtisası üzrə Orucova Əsmər və Sadıqova Humay, Zoologiya İnstitutundan “Biologiya“ ixtisası üzrə Qasıməliyeva Xədicə öz dissertasiya işlərini təqdim etmiş, verilən suallara dolğun və ətraflı cavab vermişlər. Akif Əlizadə magistrları təbrik edərək onlara gələcək islərində nailiyyətlər arzulayıb.