sa sa 91
Molekulyar Biologiya İnstitutunda struktur bölmələrinin illik hesabatlarının dinlənilməsi davam edir + Foto Noy 26, 2026 | 09:27 / Mühüm hadisələr

Noyabrın 25-də AR ETN Molekulyar Biologiya İnstitutunun Elmi Şurasının iclasında struktur bölmələrin 2026-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin nəticələrinə dair illik hesabatların dinlənilməsi davam etdirilib.

İclasda Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Könül Baxşəliyeva, Enzimologiya laboratoriyasının baş elmi işçiləri, biologiya elmləri doktoru Həsən Babayev və biologiya üzrə fəlsəfə doktoru Taliyə Orucova, Xloroplastların molekulyar-funksional təşkili və məhsuldarlıq prosesləri laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, həmin laboratoriyanın əməkdaşları – biologiya üzrə fəlsəfə doktoru, dosent Mayaxanım Xanışova və biologiya üzrə fəlsəfə doktoru Nahidə Əliyeva, eləcə də Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Minaxanım Əliyeva hesabat məruzələri ilə çıxış ediblər.

Məruzələrdə struktur bölmələr üzrə il ərzində aparılmış elmi-tədqiqat işlərinin əsas istiqamətləri, əldə olunan nəticələr, elmi nəşrlər və həyata keçirilmiş təşkilati tədbirlər barədə məlumat verilib. Tədqiqatların nəticələri, elmi fəaliyyətin inkişaf perspektivləri və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Minaxanım Əliyeva institutun xarici elmi müəssisə və təşkilatlarla əməkdaşlıq əlaqələri, beynəlxalq elmi əlaqələrin inkişafı, həmçinin əməkdaşların xarici ölkələrə elmi ezamiyyətləri barədə məlumat təqdim edib.

Müzakirələrin yekununda hesabatlar Elmi Şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

İnstitutda struktur bölmələrin 2026-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin qiymətləndirilməsi və illik hesabatların dinlənilməsi prosesi davam etdirilir.