sa sa 37
"Mikrobiologiya" ixtisası üzrə dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib + Foto Noy 26, 2026 | 14:00 / Seminarlar

Noyabrın 26-da AR ETN Molekulyar Biologiya İnstitutunda Günel Anar qızı Tomuyevanın 2414.01-"Mikrobiologiya" ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Mikroskopik göbələklərdən farmakoloji aktivliyə malik metabolitlərin alınması, təmizlənməsi və təsir effektinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin elmi seminarda müzakirəsi keçirilib.

Dissertasiya İşinin elmi rəhbəri AMEA-nın müxbir üzvü Pənah Zülfüqar oğlu Muradovdur.  Dissertasiya işinə dair rəsmi rəylər biologiya üzrə fəlsəfə doktoru Lalə Arif qızı Əliyeva və biologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Adil qızı Babayeva tərəfindən təqdim edilib.

İclas biologiya üzrə fəlsəfə doktoru, professor Gülər Mircəfər qızı Seyidovanın sədrliyi ilə keçirilib.

Seminar şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Xalid qızı Babayeva iddiaçının anket məlumatlarını iştirakçıların diqqətin çatdırdıqdan sonra söz Günel Tomuyevaya verilib.

İddiaçı tədqiqatın mahiyyəti və mövzunun aktuallığını barədə məlumat verərək qeyd edib ki, tədqiqatın məqsədi Azərbaycanın ekoloji baxımdan fərqli ərazilərindən mikromisetlərin ayrılması, onların təmiz kultura şəklində əldə edilərək sintez etdikləri bioloji aktiv maddələrə görə qiymətləndirilməsi, alınan metabolitlərin təsir effektinin müəyyənləşdirilməsi və praktik tətbiq perspektivlərinin araşdırılmasından ibarətdir.

İddiaçının məruzəsi dinlənildikdən sonra dissertasiya mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb və Günel Tomuyeva iştirakçıların suallarını cavablandırıb.

Keçirilən səsvermənin nəticələrinə əsasən, Günel Tomuyevanın dissertasiya işinin əsas müdafiəyə buraxılması barədə müsbət qərar qəbul edilib.