sa sa 43
Molekulyar Biologiya İnstitutunun əməkdaşları Qobustanda elmi ezamiyyətdə olublar + Foto Noy 26, 2026 | 15:00 / Ezamiyyətlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun Bioadaptasiya və Enzimologiya laboratoriyalarının əməkdaşları AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında elmi ezamiyyətdə olublar.

Ezamiyyətin əsas məqsədi Azərbaycanın müxtəlif regionlarından toplanmış, yumşaq buğdanın D genomunun donoru olan Aegilops tauschii növünə aid nümunələrin tarla şəraitində becərilməsi və gələcək tədqiqatlar üçün eksperimental bazanın yaradılması olub.

Ezamiyyət müddətində təcrübə sahəsi əkin üçün hazırlanıb, eksperimental dizayna uyğun olaraq nümunələr qruplaşdırılıb və toxumların səpini həyata keçirilmişdir.

Aparılan tədqiqatlar Azərbaycanın zəngin bitki genetik ehtiyatlarının öyrənilməsinə, buğdanın yabanı əcdadlarının genetik potensialının qiymətləndirilməsinə və quraqlığa davamlı buğda genotiplərinin yaradılmasında bu potensialdan istifadəyə yönəlib.